Sumqayıtda piyada zolaqlarının rəngi solub

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərində bəzi küçələrdə piyada keçidi üçün nəzərdə tutulan zolaqlar mövcüd deyil. Bu barədə bu gün, 11 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Zolaqların olmaması həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır. Bəzi küçələrdə zolağın rəngi solub, digərlərində isə asfalt örtüyü yenilənəndən sonra xətlər çəkilməyib.

Bu problem Bakı və Lermontov küçələrində, həmçinin Qaz İdarəsinin yanında müşahidə olunur.