Sumqayıtda “Poçt”dan alınan ictimai nəqliyyat kartlarının balansının artırılma qaydası

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıt sakinləri “Poçt”dan alınan avtobus kartlarının balansını artırmaq üçün terminal tapa bilmirlər. Bu məsələ ilə bağlı Sumqayıt24-ə şəhərin “Baş Poçt” idarəsindən açıqlama verilib.

Verilən məlumata əsasən, bu kartlar dövriyyəyə yeni buraxıldığı üçün onların balansını artırmaq üçün xüsusi terminallar hələ ki yoxdur, lakin belə terminallar yaxın zamanda quraşdırılacaq. Hal-hazırda, həmin kartları istənilən poçt ünvanına təqdim edərək balansı artırmaq mümkündür.

Daha öncə, digər ictimai nəqliyyat kartlarında balansı artırma qaydaları haqda məlumat vermişdik.