Sumqayıtda polislərə müqavimət göstərən “saxta qazi” saxlanılıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda özünü qazi kimi təqdim edib, polis əməkdaşlarının tələblərinə tabe olmayan şəxs həbs edilib. Bu haqda bu gün, 24 avqust tarixində məlumat yayılıb.

19 avqust Cümə məscidinə pandemiya səbəbindən məhdud sayda vətəndaş buraxılırdı. Lakin, özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim edən şəhər sakini Nurəddin Həsənov polisə müqavimət göstərməyə cəhd etmişdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları onunla izahedici söhbət apararaq sakitləşdirməyə nail olmuşdular.

Araşdırma zamanı Həsənovun qazi olmadığı aydın olub. Polisin qanuni tələbinə tabə olmamaması və ictimai qaydanı pozmasına görə onun barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir