Sumqayıt şəhərində mərkəzləşdirilmiş istilik sistemi olmayan mənzillərin sayı çoxdur. Bu haqda bu gün, 12 noyabr tarixində sakinlər Sumqayıt24-də məlumat verir.
Qış fəsilinin gəlməsi bu problemi daha da aktuallaşdırır. Mərkəzləşdirilmiş istilik sistemi 152 gün, yəni 15 noyabr tarixindən 15 aprelə kimi, 5 ay ərzində fasiləsiz işləyir. Bu sistemin olmadığı çox sayda mikrorayon və məhəllələr var. 5-ci, 9-cu, 13-cü mikrorayonların bir hissəsi, 45-ci məhəllə və şəhərin digər yerləri istilik sistemi ilə təchiz olunmur.
“Havaların soyuması mənzillərimizi qızdırmaqda xeyli problem yaradır. Mərkəzləşdirilmiş sistem olmağı üçün ya işıq, ya da qazla işləyən avadanlıqla evləri isitməli oluruq. Bu isə həm təhlükəli, həmdə çox bahalı olduğunu bilirik”,- sakin bildirib.
“İstilik sistemi sovet dövründə olub burda, oda dağılıb sökülüb. Son 15 ildir ki, bu mikrorayonda istilik sistemi, qazanxana yoxdur”,- 4-cü mikrorayon sakini bildirib.