Sumqayıtda qəza: 4 nəfər xəstəxanaya yerləşdirilib

Total
0
Shares
Envato
Envato

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə, 11 sentyabr axşam saatlarında məlum olub.

APA-ya instinadən Sülh prospektinin yol ayrıcında qadın sürücüsü idarə etdiyi “Kia” markalı avtomobil əks istiqamətdən gələn “Opel” markalı avtomobilə cırpılıb. Avtomobil yoldan çıxaraq daş plitəyə dəyib. Qəza nəticəsinda “Opel” markalı avtomobildə olan 3 nəfər və “Kia”nın sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan öncə, 6 sentyabr tarixində Sumqayıtda Koroğlu prospektində qəza baş vermışdir.