Sumqayıtda iki avtomobilin toqquşması nəticəsidə xəsarət alan var. Bu haqda 20 sentyabr tarixində məlum olub.
Qəzada 34 yaşlı Balağa Dadaşov xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım maşını yaralını xəstəxanaya aparıb.
Dadaşova sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.