Sumqayıtda qəza nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə bu gün 31 avqust, günorta saatlarında Sülh prospektində qeydə alınıb.

Əldə edilən məlumata əsasən “Niva” markalı avtomobil baş yolun tələbini pozaraq “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “Niva”nın sürücüsü və “Opel”də olan sərnişin müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Yol-nəqliyyat hadisəsi səbəbindən yolda yaranan sıxlıq yol polisinin əməkdaşlarının müdaxiləsindən sonra aradan qaldırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir