Sumqayıtda minik avtomobili yük avtomobilinə çırpılıb. Bu barədə bu gün, 5 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Məlumata əsasən, “LADA” markalı avtomobil “КамАЗ” markalı yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilin sürücüsü sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə gələn FHN-nin əməkdaşları deformasiyaya uğrayan minik avtomobildən onu çıxararaq aidiyyəti üzrə təhvil veriblər.