Sumqayıtda qəza: yük maşını minik avtomobili ilə toqquşub

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərində qəza baş verib. Bu haqda bu gün, 13 noyabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.

Hadisə Sumqayıtın giriş hissəsindən təxminən 100-150 m aralıqda baş verib. “Kamaz” markalı yük maşını “Vaz 2115” markalı avtomobil ilə toqquşub.

Hazırda olan məlumata görə, xəsarət alan yoxdur.