Sumqayıtda “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsinin tikintisi başa çatıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsinin tikintisi başa çatıb və burada artıq avadanlıqlar quraşdırılır. 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentlərindən biri “Universal Packing Industry”yə aiddir. Bu haqda İqtisadiyyat Nazirliyin rəsmi saytında bildirilib.

2,5 million ABŞ dollarına bərabər investisiya dəyəri olan zavodda ilk mərhələdə 50 nəfər, növbəti mərhələdə isə daha 30 nəfər daimi işlə təmin ediləcək.

Sözügedən müəssisədə Tayvan və digər ölkələrin qabaqcıl texnologiyalarının istifadəsi ilə, iki istehsal xətti üzrə qofre (üçqat) karton, zərf və fayllar istehsal ediləcək. Şirkət respublikada ilk dəfə olaraq incə dalğalı kartonların da istehsalını həyata keçirəcək.

Həmçinin zavodun məhsulları “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.