Sumqayıtda qadın özünü dənizə atıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə şəhərin dənizkənarı parkında qeydə alınıb. Ərazidə olan polis əməkdaşları tərəfindən qadın sudan çıxarılaraq xilas edilib.
İntihara cəhd edən şəxsin A.Ramazanova olduğu müəyyən edilib.