Sumqayıtın Çerkassi küçəsi 41/A ünvanında qanunsuz quş kəsimi məntəqəsi aşkarlanıb. Bu haqda 18 avqust saat 17:00 radələrində AQTA-nın rəsmi saytında xəbər paylaşılıb.
Məlumata əsasən agentlik əməkdaşları texniki peşə məktəbin stadionunun ərazisində yoxlama keçirib. Qanunsuz quş kəsimi və satışı ilə məşğul olan məntəqənin fəaliyyəti dayandırılıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, aidiyyəti üzrə yerli icra orqanlarına məktub ünvanlanıb.