Sumqayıtda qanunsuz qum daşıyan şəxs aşkar edilib. Bu barədə bu gün, 30 sentyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Keçirilən monitorinq zamanı “ZİL” markalı 19-BD-616 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ərazidə yaxalanıb. Faktla bağlı qanun pozucusu Fəxrəddin Kazımov barəsində akt tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.