Sumqayıt şəhərində koronavirus infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə reydlər davam edir.
DünyaTv-ya istinadən, 17 sentyabr tarixində İcra Hakimiyyətinin əməkdaşları və millət vəkili Muşfiq Məmmədli bir sıra qapalı obyektlərdə monitorinqlər keçirib.
“Karvan” və “Cavid” İri ticarət mərkəzlərində sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə qarşı müvafiq tədbirlər görülüb. Həmçinin, satıcı və müştərilərdə də Covid pasportları yoxlanılıb.
Yoxlama zamanı “Maxx New York” geyim mağazasında müştərilərin vaksin pasportlarının yoxlanılmaması məlum olub. Mağazının işçiləri ilə profilaktik söhbətlər aparılıb.