Sumqayıt regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə “Qazilərlə görüş” keçirilib. Bu barədə bu gün, 6 noyabr tarixində ASAN Könüllüləri məlumat yayıb.
“Əsgərə Məktub” layihəsi çərçivəsində keçirilən görüşdə Xüsusi Təyinatlı Qüvvələrin qaziləri İlqar Babayev, Ramin Yunusov, Rəşad Novruzov, Samiq Musayev və Pəsərək Fərzalı iştirak ediblər.
Onlar öz döyüş xatirələrini ASAN Könüllüləri ilə bölüşdülər. Görüşün sonunda qazilər “Əsgərə Məktub” yazıblar.