Sumqayıtda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Total
0
Shares
Foto smb.gov.az
Foto smb.gov.az

Sumqayıtda unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Bu haqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytında məlumat paylaşılıb.

KOBİA-nin təşkil etdiyi tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.

Görüşdə sahibkarlar qida məhsullarının keyfiyyətli daşınması və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələləri müzakirə ediblər. Sahibkarların təklifləri dinlənilib və müvafiq qurumlar tərəfindən cavablandırıb.

Əlavə olaraq, sahibkarlar maliyyə resurslarına çıxışla bağlı Elektron Kredit Platformasından (www.e-edf.gov.az) istifadə edə, sahibkarlıq subyektlərinin əməkdaşlarının məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri barədə məlumatlandırılıblar.