Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olan sürücülər yoxlanılıblar. Bu barədə bu gün, 7 oktyabr tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yoxlanış nəticəsində 20-dən artıq sürücü və sərnişin barəsində protokol tərtib edilib. Məlum olub ki, sürücülər Covid-19-a qarşı peyvəndin 2-ci dozasını qəbul etmədən, şəffaf arakəsmələr quraşdırmadan və maskadan istifadə etmədən taksidə çalışmağa davam edirdilər. Həmçinin, ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər barəsində də qanuna uyğun tədbirlər görülüb.