Sumqayıtda sərxoş sürücü qəza törədib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtın mərkəzində qadının xəsarət alması ilə nəticələnən qəza baş verib.

Sumqayıt24-ə daxil olan məlumata əsasən, hadisə 7 oktyabr axşam saatlarında Heydər Əliyev prospektində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayının önündə baş verib. “Mercedes” markalı avtomobil yüksək sürətlə gələrək bordürün üzərinə çıxıb və oradan keçən qadını vurub.

Zərərçəkən şəxs Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən sürücü saxlanılıb. Məlum olub ki, sürücü sükan arxasına sərxoş vəziyyətdə oturub.