Sumqayıt Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud olan şəxslərin əl işlərinin sərgisi təşkil olunub. Bu barədə, Sumqayıt24-də 14 avqust məlumat verilib.
Reabilitasiya Mərkəzində keçirilən sərgidə müalicə alan şəxslərin əl işləri nümayiş olunur . Məqsəd onların istedad və bacarıqlarını cəmiyyətə göstərməkdir. Sərgidə nümayiş etdirilən əl işləri mütəmadi olaraq yenilənir.
Sərgi həftə içi beş gün Sumqayıt şəhəri Baki küçəsində (Qaz idarəsinin qarşısında) yerləşən Sumqayıt Reabilitasiya Mərkəzində keçirilir.
Mərkəzdə il ərzində sağlamlıq imkanları məhdud olan 1500 şəxsə fizioterapevtik üsullarla reabilitasiya xidmətləri göstərilə bilər. 22 çarpayılıq nəzərdə tutulan müəssisədə bədən tərbiyəsi, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar mövcuddur. Həmçinin burada sosial-psixoloji xidmətlərdə göstərilir.