Sabah, 13 noyabr tarixində Telman Nadir oğlu Abışovun Sumqayıtda il mərasimi keçiriləcək. Telman Abışov 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. Əsgər Abışov Vətən müharibəsi dövründə Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 10-də Şuşada şəhid olub. Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Telman Abışov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Saat 09:00-da Sumqayıt şəhəri Şəhidlər Xiyabanına gediləcək, daha sonra 10:00-da Haci Zeynalabdin Tağıyev qəsəbəsi (bulağın yanı) ikinci domun qarşısında xeyir-şər evində mərasim keçiriləcək.