Sumqayıtda avtomobillərin intensiv hərəkət etdiyi yerdə sakinlər yolu təhlükəsiz keçə bilmirlər. Bu problemlə sakinlər Sumqayıt24-də müraciət ediblər.
Piyada keçidinin və ya zolağın olmadığı yol Üzeyir Hacıbəyov dairəsi, 6-nın “kruqu” adlanan ərazidə yerləşir. Qeyd olunan yol Ü. Hacıbəyov və Z. Hacıyev küçələrinin kəsişməsində yerləşir.
“Təsəvvür edin, ətrafda əhalinin sıx yaşadığı, avtomobillərin intensiv hərəkət etdiyi, 20-30 avtobus marşrutunun işlədiyi, 7 yolun, Corat ,Qızılqum qəsəbəsinin, 6-cı,13-cü , 9-cu mikrorayonun, çoxmərtəbəli binaların, tədris mərkəzinin, bankın, böyük musiqi məktəbinin, 2 parkın (Üzeyir Hacıbəyov, Heydər Əliyev parkı) çoxlu sayda ticarət obyektlərin yerləşdiyi yerdə bir dənə də olsun işiqfor yoxdur, piyada keçidi isə azdır, olanlar da vaxtında boyanmır”, – deyə sakin bildirib.
Həmçinin verilən məlumata görə, “Bravo” supermarketinin qarşısından Üzeyir Hacıbəyov parkına keçmək üçün piyada zolağı yoxdur.
“Supermarketin açılıçından əvvəl yolun asfalt örtüyü yenilənib. Bundan sonra isə piyada zolaqları yenidən boyanmadı”, – sakinlərin biri deyib.