Sumqayıtda sentyabrda qətlə yetirilən şəxsin kimliyi müəyyən olunmayıb

Total
0
Shares
Foto Baş Prokurorluğun Mətbuat Xidməti
Foto Baş Prokurorluğun Mətbuat Xidməti

Sumqayıtda 28 sentyabr 2021-ci ildə qətlə yetirilən şəxsin kimliyi hələ də müəyyənləşdirilməyib. Bu haqda Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, 45-60 yaş aralığında olan kişinin boyu 163 sm, gözlərinin rəngi qəhvəyi, əynində isə tünd göy rəngli şalvarın olması müəyyən olunub. Qətlə yetirilmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Fotoşəkildəki şəxsi tanıyanlardan 961, (050) 412-02-01 və (018) 654-01-54 mobil nömrələr ilə əlaqə saxlamaları xahiş olunur.

Hadisə, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında sentyabrın 29-da gecə saat 23:00 radələrində R.Əlixanova məxsus bağ sahəsində baş vermişdir. Əlixanov həyətinə girən kişini külünglə öldürüb. Onun barəsində qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılmışdır.