Sumqayıtda silsilə oğurluqlar törədməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AZƏRTAC-a istinadən, 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı kafedən pul, dörd evdən su sayğacları və orta məktəbin qazanxanasından su mühərriki oğurlamaqda şübhəli bilinənən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.