Sumqayıtda sayğacları oğurlayan şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda 9 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Məhərrəmov saxlanılıb.
Araşdırma aparılır.
Daha öncə, 17-ci və 18-ci mikrorayon sakinlərinin sözlərinə görə, yaşadıqları binalardan su sayğacları naməlum şəxslər tərəfindən oğurlanmışdır.