Sumqayıtda İsmət Qayıbov küçəsinin davamında asfaltlanma işləri aparılır.
Küçədən keçən yolun uzunuluğu 800 metrə bərabərdir. Burada 7200 kv.m asfaltın vurulması planlaşdırılır. İşlərə çox sayda işçi və texniki avadanlıqlar cəlb olunublar. Yolda müvəqqəti olaraq avtomobil hərəkəti məhdudlaşdırılıb.
Həmçinin, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Qayıbov küçəsində yollarda təmir işləri aparılır. Yolların örtüyü dağıdılaraq yerinə yeni asfalt örtüyü çəkilir.