Sumqayıtda SOCAR şagird qəbulu üzrə müsabiqə keçirir

Total
0
Shares
Foto açıq mənbələrədən
Foto açıq mənbələrədən

SOCAR Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə keçirir. İştirak üçün son müraciət tarixi 22 oktyabr müəyyən edilib. Bu barədə AZƏRTAC-a istinadən xəbər veririk.

29 yaşı tamam olmayan tam orta, peşə və ya orta-ixtisas təhsilli Azərbaycan vətəndaşları (kişi cinsindən) 1 dekabr tarixinədək həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bilet, tibb müəssisəsindən sağlamlıq haqqında arayış, rentgen flüoqrafiyası, şəxsiyyət vəsiqəsi, attestat/diplom, məcburi köçkün vəsiqəsi mövcuddursa onu da təqdim edərək müsabiqədə iştirak edə bilərlər. İstisna olaraq, “Atıcı” peşəsi üzrə iştirak etmək istəyənlər şəxslər hərbi xidmət keçməlidirlər.

Foto Sumqayıt24
Foto Sumqayıt24

Müraciətlər elektron formada qəbul olunur. Maraqlanan şəxslər “www.socar.az” internet səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzlərinə sənəd qəbulu” keçidinə daxil olub, qeyd olunan sənədlər və müsabiqənin qaydaları ilə bağlı məlumat ala və müvafiq qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, təhsil müddətində şagirdlərə aylıq təqaüd, xüsusi yay və qış geyimləri, gündəlik nahar veriləcək.

Vətəndaşlar suallarını elektron poçta ünvanlaya bilərlər: [email protected]