Sumqayıtda 13 evdən su sayğacları oğurlayan şəxs aşkar edilib. Bu haqda AZƏRTAC-a istinadən xəbər veririk.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci və 3-cü polis bölmələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən “Kotec” qəsəbə sakini, əvvəllər məhkumluq həyatı yaşamış F.Nəcəfov saxlanılıb.
Faktla bağlı polis idarəsində araşdırma aparılır.