Sumqayıtda Sukanal İdarəsi Bakı küçəsi istiqamətində təmizlik işlər aparıb. Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, küçə boyunca yağış suları üçün nəzərdə tutulan barmaqlıqlar tullantılarla dolu idi. Bu səbəbdən, İdarənin əməkdaşları barmaqlıqları çıxararaq oradan təmizləyib.
Bundan əvvəl, İdarə tərəfindən Sumqayıt şəhəri Polad Həşimov küçəsi istiqamətində yağış suları üçün nəzərdə tutulan barmaqlıqlar tullantılardan təmizlənmişdir.