Sumqayıtın 9 saylı tam orta məktəbin akt zalında “Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı görüş keçirilib. Bu haqda şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, şəhər Polis İdarəsi, şəhər Gənclər və İdman Baş İdarəsi və Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə baş tutan görüşdə məktəblilərə narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı məlumat verilib. Mövzu barədə gənclərin sualları cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.
Daha sonra, iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən “Ampula” adlı videoçarx nümayiş olunub və maarifləndirici bukletlər paylanılıb.