Sumqayıtda “Sumqayıt Narkomaniyaya Yox Deyir” devizli tədbir baş tutdu

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Facebook səhifəsindən
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Facebook səhifəsindən

Sumqayıtda ümumtəhsil müəssisələrində “Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı maarifləndirici görüş keçirildi. Bu haqda şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.

Bu dəfə görüşdə Xidmət sahələri üzrə və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzlərinin şagirdləri iştirak etdilər. Burada iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən “Ampula” adlı videoçarx nümayiş olunmuş və maarifləndirici xarakterli bukletlər paylanılmışdır. Həmçinin, onlarla müzakirələr aparılmış və onların suallarına cavab verilmişdir.

Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, Polis İdarəsi, Təhsil şöbəsi, Gənclər və İdman Baş İdarəsi, Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə baş tutdu.