Sumqayıtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Təbiəti qoruyaq” adlı məşğulluq layihəsi start verilib.
Layihə çərçivəsində işlər ilk öncə Sumqayıt şəhərində Şəhidlər Xiyabanında başlanılıb. Burada vətəndaşlar təmizlik və abadlıq işləri görüblər. İşaxtaran şəxslər haqqı ödənilən sözügedən işlərə 31 oktyabr 2021-ci il tarixinədək müraciət edərək qoşula bilərlər.
Növbəti mərhələlərdə keçiriləcək işlərlə bağlı ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.