Sumqayıtda təhsil işçilərinin 93,3%-i vaksin olunub

Total
0
Shares
Foto edu.gov.az
Foto edu.gov.az

Sumqayıtda təhsil işçilərinin 93,3%-i artıq vaksin olunub. Bu haqda Təhsil Nazirliyi xəbər paylaşıb.

Məlumata əsasən, şəhər üzrə təhsil şöbəsində çalışan 5415 nəfərdən 519 nəfərinə Covid əleyhinə peyvəndin ilk dozası, 4535 nəfərə isə peyvəndin hər iki dozası vurulub.

Həmçinin, 99 işçinin immunitet sertifikatı var, 262 nəfər isə əks göstəriş üçün TƏBİB-ə müraciət edib.