Sumqayıtda təmizlik işləri davam edir

Total
0
Shares
Deposit photos
Deposit photos

Sumqayıtın Sülh küçəsinin kanalizasiya xətlərində təmizlik işləri görülür. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Küçə boyunca səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi yuyulub və tullantılarından təmizlənilib. Təmizlik işlərinə xüsusi texnika və işçi güvvəsi cəlb olunub.

Həmçinin, Sumqayıtın Xəzər bağları yaşayış massivində kanalizasiya xətlərinin yuma maşını ilə yuyulması davam edir. Bundan əlavə, həmin ərazidən keçən Acı dərə kanalıda təmizlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir