Sumqayıtda “Tarix yazan qəhrəmanlar” adlı taekvando və gimnastika yarışları keçirilib

Total
0
Shares
Foto Sumqayıt Şəhər Təhsil Şöbəsinin Facebook səhifəsindən
Foto Sumqayıt Şəhər Təhsil Şöbəsinin Facebook səhifəsindən

Sumqayıtda uşaq və yeniyetmələr arasında “Tarix yazan qəhrəmanlar” adlı taekvando və gimnastika yarışları təşkil olunub. Bu haqda yazarkən Şəhər Təhsil Şöbəsinin Facebook səhifəsinə istinad edirik.

“Zəfər Günü”nə həsr olunmuş birincilik 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib. Burada çox sayda gənc idmançı və onların məşqçiləri iştirak ediblər. İştirakçılar ilk öncə gimnastika idman növündə öz bacarıqlarını nümayiş etdiriblər. Daha sonra isə, kiçik taekvandoçularımız bir biri ilə döyüşüblər.

Sonda iştirakçılarımız diplomlarla təltif olunublar.