Sumqayıtda Term restoranı cərimələndi

Total
0
Shares
Foto Term restoranın Facebook səhifəsi
Foto Term restoranın Facebook səhifəsi

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən “Term” restoranında karantin qaydalarının pozulması faktı aşkar olunub.

Nəticədə, obyektin sahibi Zakir Məhərrəmova qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hazırda AQTA monitorinqləri davam etdirir və qaydalara əməl etməyən müəssisələrin sahibkarları  barədə ən sərt tədbirlər görür.