Sumqayıt şəhərində mövcud olan tullantı qabları istifadə üçün yararsız vəziyyətdədir. Bu problemlə 1-ci mikrorayon sakinləri Sumqayıt24-də müraciət ediblər.
Ərazidə olan zibil qutularının köhnəlməsinə baxmayaraq, onlar hələ də istifadə olunur. Bu qabların altı çürüyüb, su buraxır. Həmçinin, təkərləri sınıqdır.
“Bu köhnə, qırıq qablar neçə vaxtdır ki, istifadə olunur. Həyət hər dəfə nə günə düşür. Ətrafa yayılan zibil suyu pis qoxudan əlavə, antisanitar vəziyyət yaradır”,- sakin bildirib.