Sumqayıtda Uşaq İncəsənət məktəbinin direktoru dünyasını dəyişib

Total
0
Shares
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən

Sarayda fəaliyyət göstərən Uşaq İncəsənət məktəbinin direktoru vəfat edib. Bu haqda bu gün 20 sentyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi xəbər yayıb.

Məlumata əsasən, 2015-ci ildən məktəbin rəhbəri olan 44 yaşlı Anar Nuriyev damarlarında yaranmış tromblaşma nəticəsində dünyasını dəyişib.

Nuriyev 1995-ci ildən Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblının rəhbəri olmuşdur. 2003-cü ildən Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim kimi çalışmışdır.