Sumqayıtda “Uğurunu paylaş” layihəsi çərçivəsində gənclərlə görüş keçiriləcək

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 3 sentyabr 16:00-da, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin təşkil etdiyi “Uğurunu paylaş” layihəsi çərçivəsində Vüsal Murtuzəliyev gənclərlə görüşə gələcək. Görüş Sumqayıt Heydər Əliyev Mərkəzində baş tutacaq. Giriş sərbəstdir.

Görüşdə kino sahəsinin incəlikləri haqda danişılacaq. Həmçinin, bu sahədə karyera qurmaq istəyən gənclərə tövsiyyələr, şəxsi təcrübələr və uğurlarla dolu həyat müzakirələri əsas yer tutacaq.

Bir çox filmlərin dublajında iştirak edən, “Cavid ömrü” filmində Ərtoğrul Cavid obrazını oynamış Murtuzəliyev həmçinin, Azərbaycan dublaj sahəsində xüsusi uğurları olan aktyorlardan hesab edilir.