Sumqayıtda “Vətən eşqi uşaqların gözü ilə” adlı sərgisi keçirilib

Total
0
Shares
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Vətən eşqi uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib. Bu haqda bu gün, 23 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

Sərgi uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə keçirilib. Qalereyada 30-a yaxın rəsm sərgilənib. Tədbirdə yazıçı-ssenarist Hafiz Ataxanlı, sərginin kuratorları modelyer-rəssam Günel Hüseynova, sənətşünas Anar İbrahimov və orta və incəsənət profilli məktəblərin şagirdləri iştirak ediblər.

Qeyd edək ki, sərgi noyabrın 26-na qədər davam edəcək.

Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi