Sumqayıtda Bakcell və «GİD CSR Consulting» şirkəti uşaqlar arasında rəsm müsabiqəsi elan edib.
7-17 yaşlı uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” şüarı altında həyata keçiriləcək müsabiqənin məqsədi qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir. Qeyd edək ki, rəsm əsərlərinin satışından əldə olunan vəsait İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələrin alınmasına xərclənəcək.
Layihədə iştirak etmək istəyənlər əsərlərini 1 noyabr tarixinədək [email protected] mail ünvanına göndərməlidirlər.
Müsabiqədə iştirak qaydaları barədə daha ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiniz:
https://gidconsulting.az/?p=101