Sumqayıtda vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək

Total
0
Shares
Foto Sumqayıt Regional Vəkil Bürosu
Foto Sumqayıt Regional Vəkil Bürosu

Sumqayıt Regional Vəkil Bürosunda 10 dekabr tarixində vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək. Bu haqda Büro öz Facebook səhifəsində məlumat yayıb.

Kampaniya Ümumdünya İnsan Hüquqları günü münasibəti ilə keçirilir. Bu yardım çərçivəsində əhaliyə şifahi hüquqi məsələhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması və digər ödənişsiz hüquqi xidmətlər təqdim olunacaqdır. Müraciət etmək istəyən şəxslər saat 09:00-dan 18:00-dək büroya yaxınlaşa bilərlər.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr, Zülfü Hacıyev küç. 226