Sumqayıt şəhərində tullantı qablarının vaxtı-vaxtında təmizlənməməsi sakinləri narahat edir. Bu problem ilə sakinlər Sumqayıt24-ə müraciət ediblər.
36-ci məhəllə sakinləri yığılan tullantıların gec götürülməsindən gileylənillər. Zibil qutularının dolu olmasından, burada yaşayan vətəndaşlar tullantıları qabların yanına yığmalı olurlar.
“Zibil gec-gec aparılır deyə vəziyyət belədir. Qablarda yer yoxdu deyə, məcbur zibili yerə qoyuruq. Güclü külək zamanı isə həmin tullantılar əraziyə səpələnir”, – deyə sakin bildirib.