Sumqayıtda voleybol spartakiadası təşkil olunub: yarış dahi şairin 880 illiyinə həsr olunub

Total
0
Shares
Foto Sumqayıt Dövlət Universiteti
Foto Sumqayıt Dövlət Universiteti

Sumqayıt Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fakültələrarası voleybol spartakiadasına start verilib. Bu haqda bu gün, 22 noyabr tarixində SDU məlumat yayıb.

Yarışda Sumqayıt Dövlət Universiteti və SDU-nin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 8 komanda iştirak edir, hər komanda 12 nəfərdən ibarətdir. Spartakiada 26 noyabradək davam edəcəkdir.

Spartakiada Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı keçirilir.