Sumqayıtın Xəzər bağları yaşayış massivində elektrik dirəyin üzərində dolaşmış naqillər sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Bu haqda məlumat Sumqayıt24-ə oxucular tərəfindən verilib.
Onların dediyinə görə, sözügedən problem massivin Nəsimi küçəsindədir. Naqillərin bu cür dolaşması, həmçinin açıq şəkildə asılıb qalması yerli camaatı narazı edir və valideyinlər öz azyaşlı uşaqları üçün narahat olurlar.
Bundan əlavə, həmin səbəbdən yaxınlıqda olan yaşayış evlərində tez-tez işıq problemi yaşanır.