“Şəxsi inkişaf günləri” adlı görüş sabah, 27 oktyabr tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq. Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) məlumat yayıb.
Görüş cərçivəsində GİKM-in rəhbərliyi və əməkdaşları gənclərə CV-nin düzgün yazılma qaydası, müsahibəyə hazırlıq prosesi ətraflı izah ediləcək.
Maraqlanan şəxslər saat 10:00-dan 18:00-dək Mərkəzə müraciət edə bilərlər.