Sumqayıtda yük maşınını “iki təkər” qaldıran yeniyetmə saxlanılıb

Total
0
Shares
Foto açıq mənbələrədən
Foto açıq mənbələrədən

Sumqayıtda “QAZ 53” markalı yük maşını və “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar. Bu barədə bu gün, 3 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, “QAZ 53” markalı yük maşının sürücüsü Sumqayıt şəhər sakini Ə.Məmmədovun olduğu müəyyən olunub. Avtomobil onun atasına məxsus olduğu məlum olub. Sürücünün 17 yaşı olduğuna görə həbs olunmasada o, 1000 manat cərimə ödəməli olacaq.

Həmçinin, “VAZ 2106” markalı avtomobillin sürücüsü Məhəmməd Fərzəliyev saxlanılıb. O, Sumqayıt ərazisində toy karvanında avtoxuliqanlıq etmişdir. Fərzəliyevin sürücülük hüququ bir il mütdətinə məhdudlaşdırılıb və o, 15 gün müddətində inzibati qaydada həbs olunub.

Foto açıq mənbələrədən
Foto açıq mənbələrədən