Sumqayıtda yaşayış evində yanğın baş verib. Hadisə, 6 sentyabr axşam saatlarında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yanğın beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Həmin gün səhər saatlarında, Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş vermişdir.