Sumqayıtda yaşayış yerlərini tərk edən 2 koronavirus xəstəsi saxlanılıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi aşkar edilərək tutulub. Hadisə bu gün, 4 sentyabr tarixində qeydə alınıb.

Polis əməkdaşları tərəfindən 6-cı mikrorayon sakini 50 yaşlı Südabə Nəsibova və 45-ci məhəllə sakini 25 yaşlı Səmral Cəfərov saxlanılıblar. Onlar yaşadıqları evə qaytarılıblar.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” məddəsi ilə cinayət işi başlanılıb.

Oxşar hadisə 17 avqust tarixində baş vermişdir. O zaman koronavirusa yoluxmuş Sumqayıt sakini 35 yaşlı Mehdi Şərifova qarşı yaşadığı yeri tərk etməsi səbəbindən cinayət işi açılmışdır.