Sumqayıt şəhərində qəsdən yaşlı qadını öldümə faktı ilə cinayət işi başlanılıb. Bu haqda bu gün, 11 noyabr tarixində Baş Prokurorluq məlumat yayıb.
Hadisə noyabrın 9-u axşam saatlarında 76 yaşlı Züleyxa Osmanovaya məxsus evdə baş vermişdir. Üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Araşdırma nəticəsində məlum olub ki, Xanəhməd Rüstəmov oğurluq məqsədilə qadının evinə daxil olub. Züleyxanın da evdə olduğunu anlayan cinayətkar daş ilə qadının başından vurub, sonra isə boğaraq öldürüb. X. Rüstəmov şübhəli şəxs qismində tutulub.
Araşdırma davam etdirilir.