Sumqayıtda yağan yağışların fəsadları göz qabağındandır. Bu barədə bu gün, 20 oktyabr tarixində Sumqayıt24-ün müxbiri məlumat verib.
H.Z. Tağıyev qəsəbəsindən Bakı-Quba yolu ilə birləşən yerdə “göl” yaranıb. Sakinlərin sözlərinə görə, onlar yolu keçməkdə əziyyət çəkirlər.
“Hər dəfə yağış yağanda burada eyni mənzərə yaranır. Bu gölü işə, məktəbə gedən necə keçsin? Maşınlar elə sürətlə keçir ki, üstümüz yaş olur” – sakinlərin biri bildirdi.